• 27 Fevral 2021
logo
Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmi tarixi maksimuma çatıb

Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmi tarixi maksimuma çatıb

Azərbaycanda banklardan kənarda nağd pulun (M0) həcmi ötən il ərzində 13,4% artaraq 10,773 mlrd. manata çatıb. Bu, sözügedən statistikanın aparıldığı ildən (2006-cı il) bu yana ən yüksək göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə maksimal göstərici 2014-cü ilin iyul ayında qeydə alınıb – 10,509 mlrd. manat.

Qeyd edək ki, M0 pul aqreqatı banklardan kənarda qalan (əldə olan) manatla nağd pulun həcminin göstəricisidir.