• 20 Aprel 2024
logo
Dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib

Dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib

Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

Bu barədə Türkiyənin “Haber/Global” televiziyası məlumat yayıb.

F. İsmayılovun cənazəsi Türk Hava Yollarının (THY) İstanbul-Bakı uçuş reysi ilə aparılıb.

Qeyd edək ki, F. İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə dünən THY-nin İstanbul-Libervil uçuş reysilə göndərilib. Təyyarə İstanbula yanvarın 26-dan 27-nə keçən gecə saat 03.30-da çatıb.