• 29 Mart 2024
logo
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,07% – 30 937,04 bəndədək, S&P 500 indeksi 0,15% – 3 849,62 bəndədək, Nasdaq indeksi isə 0,07% – 13 626,07 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 26-da FTSE 100 indeksi 0,23% – 6 654,01 bəndədək, Fransa CAC-40 indeksi 0,93% – 5 523,52 bəndədək, Almaniya DAX indeksi isə 1,66% – 13 870,99 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% azalaraq 1 854,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,23 artaraq 1,2166 dollar təşkil edib.