• 26 Aprel 2024
logo
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb

Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb

Ölkədə SMS icazə sistemi ləğv olunduqdan sonra, dəmir yollarından gündəlik istifadə edənlərin sayı çoxalıb.

Bunu Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, sərnişindaşımada 50% artım qeydə alınıb:

"Xüsusi karantin rejimi günlərində Bakı-Sumqayıt-Bakı qatarlarından gündəlik 4000-dən çox sərnişin istifadə edib. Yanvarın 18-dən, SMS icazə ləğv olunduqdan sonra gün ərzində bu istiqamətdə hərəkət edən sərnişinlərin sayı təqribən 6000 nəfərdən çox olub".

Dekabrın 14-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqindən əvvəl Bakı-Sumqayıt-Bakı istiqamətində gün ərzində qatarla 7000-dən çox sərnişin hərəkət edib.