• 23 Aprel 2024
logo
Türkiyədə külək elektrik stansiyalarının ümumi istehsalda payı rekorda çatıb

Türkiyədə külək elektrik stansiyalarının ümumi istehsalda payı rekorda çatıb

Türkiyədə külək elektrik stansiyalarının ümumi elektrik istehsalındakı payı yanvarın sonuna 21,3%-ə (166,738 MVt) çatıb. Bu, ölkənin enerji sektoru tarixində rekord göstəricidir.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında deyilir.

Nazirliyin verdiyi məlumata görə, yanvarın 24-nə ölkədə ümumilikdə 783,355 MVt elektrik enerjisi istehsal edilib ki, ondan 26%-i istilik elektrik stansiyalarının, 21,3%-i isə külək elektrik stansiyaların payına düşüb.

Ümumilikdə, 2020-ci ilin sonuna Türkiyədə külək elektrik stansiyalarının gücü 9,244 MVt-a çatdırılıb.