• 29 Mart 2024
logo
Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

2020-ci ildə Naxçıvan Muxtar Respublikasında sahibkarlara 37,67 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 29,2% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, verilən kreditin 16,86 mln. manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20,816 mln. manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 37 hüquqi və 2 404 fiziki şəxs qeydiyyata alınıb.

Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.