• 21 Aprel 2021
logo
Azərbaycan məhsulları Qətərə ixrac olunub

Azərbaycan məhsulları Qətərə ixrac olunub

Azərbaycanın “İDEA” şirkəti Qətərdə tezliklə istifadə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarlar tərəfindən müasir üslubda dizayn olunaraq hazırlanan ekotullantı qutuları və skamyalar ixrac edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ixraca dair müqavilə ötən ilin iyulunda Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında imzalanıb.

“Doha Oasis” Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.
Qeyd edək ki, 2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.