• 20 Aprel 2024
logo
Azərbaycanda istehsal olunan mühərrik yağı Ukraynaya ixrac olunacaq

Azərbaycanda istehsal olunan mühərrik yağı Ukraynaya ixrac olunacaq

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) Təcrübə-Sənaye Zavodunda istehsal olunan mühərrik yağı Ukraynada sınaqdan keçirilib.

YTP-dən "APA-Economics"ə verilən məlumata görə, parametrləri Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən "M-16İXP-3U" mühərrik yağı qənaətbəxş nəticə göstərib. Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.

İstehsal olunan məhsulun keyfiyyət göstəriciləri Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiyadan keçib.