• 29 Mart 2024
logo
Neft Fondu ötən il hərraclarda 7,3 mlrd. dollar satıb

Neft Fondu ötən il hərraclarda 7,3 mlrd. dollar satıb

Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən 2020-ci il ərzində valyuta hərraclarında 7,304 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics"in ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, hərraclarda satılan valyutanın həcmi 2019-cu il ilə müqayisədə 11% artıb.

Qeyd edək ki, ötən il satışların pik həddi mart ayına təsadüf edib. Sözügedən ayda Neft Fondu 1,928 mlrd. dollar satıb.