• 29 Mart 2024
logo
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək

Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək

Yanvarın 26-da Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin təşəbbüsü ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə danışıqlar keçiriləcək.

Trend bu barədə Federal Xidmətə istinadən məlumat verir.

Tərəflər Azərbaycandan Rusiyaya pomidor ixracı ilə bağlı məsələni müzakirə edəcək.
Qeyd edək ki, Rusiya bir müddət əvvəl Azərbaycanın 5 müəssisəsindən pomidor idxalını dayandırmışdı.