• 19 Mart 2024
logo
Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı son bir ildə 1,2 faiz bəndi artıb

Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı son bir ildə 1,2 faiz bəndi artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 dekabr 2020-ci il tarixinə investisiya portfelinin 68%-ni ABŞ dolları təşkil edib (2019-cu ilin yekunlarına görə, bu göstərici 56,6% olub – red.).

"APA-Economics"in Neft Fondunun 2020-ci ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci il 31 dekabr tarixinə avro ARDNF-in investisiya portfelinin 20,3%-ni, funt sterlinq – 5,3%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,7%-ni, Rusiya rublu – 0,5%-ni, Çin yuanı – 1,3%-ni, Yaponiya yeni – 1,5%-ni, digər valyutalar isə 1,8%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 6 170,8 mln. dollarlıq hissəsini (14,2%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, ARDNF-in cəmi investisiya portfeli 43 563,38 mln. manata çatıb.

ARDNF-ın investisiya portfelinin 2020-ci il üçün toplam gəlirliyi 2,82% təşkil edib (istiqrazlar və pu bazarı alətləri üzrə 1,58%, səhmlər üzrə 1,34%, daşınmaz əmlak üzrə mənfi 0,1).