• 19 Mart 2024
logo
Azərbaycanın strateji valyuta ehityatları 50 mlrd. dollara yaxınlaşıb

Azərbaycanın strateji valyuta ehityatları 50 mlrd. dollara yaxınlaşıb

2020-ci ilin yekunlarına əsasən (2021-ci ilin yanvarın 1-nə) Azərbaycanın strateji valyutan ehtiyatları 49 933,7 mln. ABŞ dolları təşkil edib.

2020-ci il ərzində ölkənin strateji valyutan ehtiyatları 0,7% və ya 352,4 mln. dollar artıb. Hazırda strateji valyutan ehtiyatları ÜDM-in 117,2%-ni təşkil edir. Halbuki 2019-cu ildə bu göstərici ÜDM-in 103,2%-nə bərabər idi.

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə qeyd olunmuşdu ki, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının gözlənilən ÜDM-in 117,9%-ni təşkil edəcək.

Bundan əvvəl, Mərkəzi Bankın dərc etdiyi məlumatda isə qeyd olunmuşdu ki, profisitli xarici ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 50 mlrd. dolları ötüb və valyuta ehtiyatları illik ÜDM-i üstələməkdə davam edir.