• 19 Mart 2024
logo
ARDNF-in ötən il investisiya portfelinin əsas hissəsi Avropa regionunun payına düşüb

ARDNF-in ötən il investisiya portfelinin əsas hissəsi Avropa regionunun payına düşüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci il 31 dekabr tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 59,26%, inkişaf etməkdə olan ölkələr üzrə – 20,73%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 5,85% təşkil edib.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (Beynəlxalq Maliyyə Təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (24,96%), Cənubi Amerika (0,04%), Avropa (29,26%), Yaxın Şərq (1,09%), Avstraliya / Yeni Zelandiya (1,16%) və Asiya / Sakit Okean (23,48%) daxildir.

Learn more

Qeyd edək ki, 2020-ci ilin 31 dekabr tarixinə ARDNF-in investisiya portfeli 43 563,38 mln. dollara bərabər olub.