• 19 Mart 2024
logo
ARDNF ötən rüb investisiya portfelində qızıl aktivlərinin payını azaldıb

ARDNF ötən rüb investisiya portfelində qızıl aktivlərinin payını azaldıb

Ötən ilin yekunlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Fonunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin həcmi artmasa da (101,8 ton), payı 14,4%-dən (III rübün nəticələrinə görə) 14,2%-ə enib.

Bu barədə ARDNF-in 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair dərc etdiyi təqdimatda deyilir.

Fondu aktivləri 2020-ci ilin 31 dekabr tarixinə 43 563,38 mln. dollara bərabər olub ki, bunun 63,8%-i istiqrazlar və pul bazarı alətlərinin, 15,9%-i səhmlərin, 6,1%-i daşınmaz əmlakın, 14,2%-i isə qızıl aktivlərinin payına düşüb.