• 29 Mart 2024
logo
Azərbaycanda ötən il 337 min tona yaxın pambıq yığılıb

Azərbaycanda ötən il 337 min tona yaxın pambıq yığılıb

2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 336,5 min ton pambıq istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilə nisbətən 14% artıb.

Hesabat dövründə ölkədə 100,2 min hektar sahədən pambıq yığılıb ki, bu da 2019-cu ilin göstəricisindən 0,1% çoxdur. 2019-cu illə müqayisədə ötən il məhsuldarlıq 13,9% artaraq 33,6 sent/ha təşkil edib.