• 26 Aprel 2024
logo
Azərbaycandakı günəş elektrik stansiyaları ötən il istehsalı 8% artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları ötən il istehsalı 8% artırıb

Ötən il Azərbaycanda küləklə işləyən stansiyalar 94,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 9,8% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-oktyabrda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 45,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 7,8%).

Qeyd edək ki, ötən il Azərbaycanda 24 031,5 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,8% azdır. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 22 034,2 mln. kVt-saat istilik (0,4%-lik artım), 1 039,4 mln. kVt-saat su elektrik (32,3% azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.