• 5 Mart 2021
logo
Nazir: 2030-cu ilədək iqtisadiyyatın iki dəfə artımı üzrə qoyulan hədəfə çatmaq çətin olacaq

Nazir: 2030-cu ilədək iqtisadiyyatın iki dəfə artımı üzrə qoyulan hədəfə çatmaq çətin olacaq

Azərbaycanda ÜDM-in orta illik 7% artmasını tələb edən yeni onillik inkişaf planı çərçivəsində 2030-cu ilədək ölkə iqtisadiyyatın 2 dəfə artırılması hədəfinə nail olmaq üçün xeyli səy tələb olunacaq.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, iqtisadi artım Azərbaycanın COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramının müvəffəqiyyətindən asılı olsa da, ölkə iqtisadiyyatının rifahı üçün vacib olan digər sahələrdən əminlik var: "Müharibədən sonra geri qaytarılmış ərazilərdə böyük yenidənqurma işləri, sülh müqaviləsi çərçivəsində sərhədlərin və bölgə arasındakı nəqliyyat əlaqələrinin açılmasına dair razılaşma və "yeni geosiyasi reallıq" Azərbaycanda iqtisadi artıma və məşğulluğa əhəmiyyətli töhfə verəcək".

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM istehsalı 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib. Dövlətin proqnozuna görə, Azərbaycanda bu il ÜDM 3,4% artaraq 75 752,7 mln. manata çatacaq.