• 24 Aprel 2024
logo
"Azəriqaz" ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır

"Azəriqaz" ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır

“Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı respublika ərazisində yaranan problemlərin səbəbini araşdırır.

Bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, problemlər əsasən kənd yerlərində müşahidə olunub: “Rayon mərkəzlərində və strateji obyektlərdə qaz təchizatı ilə problemlər olmayıb”.

C. Səfərov onu da əlavə edib ki, hazırda İB mütəxəssislərdən ibarət heyət araşdırma aparır: “Araşdırma aparılır ki, problemlər harada yaranıb. Heyət ərazilərə ezam olunub”.

Şöbə rəisi qazın kəsildiyi rayonların adını sadalamayıb.