• 25 Aprel 2024
logo
Azərbaycanda əmtəəlik qaz hasilatı ötən il 6% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı ötən il 6% artıb

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,7 mlrd. manat olmaqla, əvvəlki ilə nisbətən 7% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 34,5 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 26,1 mlrd. kubmetr təşkil edib.

Məlumata görə, illik müqayisədə əmtəəlik neft hasilatı 8% azalıb, əmtəəlik qaz hasilatı isə 6,3% artıb.