• 21 Aprel 2021
logo
Gürcüstan Azərbaycandan qaz idxalını 15% azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını 15% azaldıb

2020-ci ildə Gürcüstan Azərbaycandan 242 306.80 min ABŞ dolları dəyərində 1 543 221.09 ton qaz idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycandan idxal edilən qazın dəyəri əvvəlki illə müqayisədə 43 345.13 min dollar və ya 15.1%, həcmi isə 201 454.96 ton və ya 11.5% azalıb.

2019-cu ildə Gürcüstan Azərbaycandan 285 651.93 min ABŞ dolları dəyərində 1 744 676.05 ton qaz idxal edib.