• 25 Aprel 2024
logo
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,2 milyard manatı keçə bilər

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,2 milyard manatı keçə bilər

2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 4,2 milyard manatı keçə bilər.
Bunu Komitə sədri Səfər Mehdiyev “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.
Onun sözlərinə görə, Komitə 2019-cu ildə büdcəyə gömrük daxilolmaları ilə bağlı proqnozu 500 milyon manat daha çox icra etməyi planlaşdırır:
“Bu il üçün gömrük daxilolmaları üzrə proqnoz 3 milyard 702,6 milyon manat təşkil edir. Bu, 2018-ci illə müqayisədə 1,3 milyard manat çoxdur”.