• 16 İyul 2019
logo
add image
ASAN Beynəlxalq Assosiasiyası yaradılır

ASAN Beynəlxalq Assosiasiyası yaradılır

ASAN Xidmətin təşəbbüsü ilə ASAN Beynəlxalq Assosiasiyası yaradılır.
Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyunun 24-26-da Bakıda keçiriləcək BMT dövlət xidmətləri forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Agentlik sədrinin sözlərinə görə, assosiasiya ASAN Xidmətin təşəbbüsü ilə İndoneziya, Monteneqro, BƏƏ, Türkiyə kimi ölkələrlə əməkdaşlıq çərçivəsində da yaradılacaq. Assosiasiyanın üzvlərinin sayı gələcəkdə artacaq.
Ü.Mehdiyev əlavə edib ki, assosiasiyanın yaradılmasında məqsəd ASAN Xidmətin iş təcrübəsinin digər iştirakçılarla bölüşdürülməsidir.
Qeyd edək ki, BMT dövlət xidmətləri forumu 2003-cü ildən keçirilir. ASAN Xidmət 2015-ci ildə vətəndaşlara xidmət sahəsində BMT tərəfindən mükafatlandırılıb.