• 16 Aprel 2024
logo
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq

Bu il Azərbaycan Mərkəzi Bankı yerli bankların strategiyalarında biznes kreditləşməsinə böyük diqqət ayıracaq.

Bu barədə Trend-ə Mərkəzi Bankdan bildiriblər.

Qeyd olunur ki, banklararası pul bazarının fəallaşması banklar arasında resurs axınının sürətlənməsinə və bununla da biznesin maliyyə resurslarına tələbatının təmin olunmasına gətirib çıxaracaq.

Bankdan bildiriblər ki, 2021-ci il ərzində Azərbaycanın regionlarında maliyyə ehtiyatlarına çıxışın yaxşılaşdırılmasına diqqət veriləcək. Erməni işğalından azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturunun yaradılması "Böyük qayıdış" planlarının vacib tərkib hissəsi olacaq.

Bundan başqa, 2021-ci ildə milli iqtisadiyyatda makroiqtisadi sabitliyin dərinləşməsi, iş yerlərinin bərpası diqqət mərkəzində olacaq.