Ötən il Azərbaycan 51 186,29 min ABŞ dolları dəyərində metanol ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi yeni hesabata əsasən apardığı hesablamalara görə, ötən il ərzində ölkədən 471 233,15 ton metanol (metil spirti) ixrac edilib.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,76% təşkil edib.