• 26 Aprel 2024
logo
Azərbaycan ötən il 26 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edib

Azərbaycan ötən il 26 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edib

Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 25 811,2 mln. kVt·st təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarda 24 398,2 mln. kVt·st, Su Elektrik Stansiyalarda 1 069,5 mln. kVt·st, digər mənbələr üzrə isə 343,55 mln. kVt·st olub. Məlumata görə, 2020-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 033,8 mln. kVt·ts (İES-lərdə 22 142,5 mln. kVt·st, SES-lərdə 891,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 429,7 mln. kVt·st (İES-lərdə 230,8 mln. kVt·st, SES-lərdə 157,8 mln. kVt·st, Günəş ES-də 41,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2 272,7 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 75,1 mln. kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 1 147,8 mln. kVt·st, idxalı isə 1 36,3 mln. kVt·st olub.