• 25 Aprel 2024
logo
Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib

Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib

2019-cu ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları təxminən 280 milyon manat təşkil edib ki, bu da proqnozdan 112 faiz çoxdur.
Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.
Nazir bildirib ki, artım qeyri-neft sektorunun hesabına qeydə alınıb:
“Eyni zamanda bu göstərici Azərbaycanda biznesin leqallaşmasına yönəlmiş islahatların nəticəsi olub”.
O qeyd edib ki, kölgə iqtisadiyyatı təkcə vergidən yayınmağa deyil, həm də ədalətsiz rəqabət və leqal biznesin sıxışdırılmasına gətirib çıxarır.