• 2 İyul 2025
logo
OPEC: OECD ölkələrinin neft ehtiyatları beşillik orta göstəricini üstəliyir

OPEC: OECD ölkələrinin neft ehtiyatları beşillik orta göstəricini üstəliyir

Ötən ilin payızından müşəhidə edilən azalmaya baxmayaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin kommersiya neft ehtiyatlarının həcmi beşillik orta göstəricidən çoxdur.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu OPEC-in baş katibi Mohammad Barkindo deyib.

Onun sözlərinə görə, hazırda OECD ölkələrində neft ehtiyatları beşillik orta göstəricini 160 mln. barel üstəliyir.

Qeyd olunur ki, neft hasilatının azaldılması üzrə "OPEC+" razılaşması məhz neft və neft məhsullarının ehtiyatlarını beşillik orta səviyyəyə çatdırmağa imkan yaradıb.