• 26 Yanvar 2021
logo
ABŞ-ın neft ehtiyatlarının azalması davam edir - PROQNOZ

ABŞ-ın neft ehtiyatlarının azalması davam edir - PROQNOZ

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 5,82 mln. barel azalaraq 487,42 mln. barelə yaxın olub.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 2,7 mln. barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.