• 15 Yanvar 2021
logo
EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib

EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib

Ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 ABŞ dolları olub.

"APA-economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

Ötən ay EIA 2020-ci il üçün "Brent" markalı neftin orta qiymətinin 41,43 dollar olacağı proqnozlaşdırırdı.

Məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 52,7 dollar səviyyəsində olacağı gözlənilir. Bu, ötən proqnozdan 8,6% çoxdur. 2022-ci ildə bu göstəricinin 53,44 dollar səviyyəsində olacağı gözlənilir.

Hesabata görə, WTI markalı neftin ötən il orta qiyməti 39,17 dollar (ötən proqnoza əsasən 38,96 dollar) olub, 2021-ci ildə isə 49,7 dollar (8,6% artım) səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə isə bu göstəricinin 49,81 dollara çatacağı gözlənilir.