• 24 Aprel 2024
logo
Bakı metrosu gələn il də yeni qatarlar alacaq

Bakı metrosu gələn il də yeni qatarlar alacaq

Bakı metrosu gələn il yeni qatarlar alacaq.
Trend-in məlumatlna görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Sədr müavini bildirib ki, müəyyən araşdırmalardan sonra gələn il alınacaq qatarların sayı məlum olacaq.
Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni" QSC 30 yeni vaqon alaraq istismara verib.