• 9 Avqust 2022
logo
Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi kəskin azalıb

Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi kəskin azalıb

Bu ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 23,2 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 74,3% azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 402,3 mln. manatlıq əməliyyat aparıb ki, bu da ötən ilin 11 ayının göstəricisindən 65,4% azdır.

Azalmaya səbəb, koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət qeyd olunur ki, bu da ölkədə turizm sektoruna təsirsiz ötüşməyib.