• 20 Avqust 2022
logo
Azərbaycanın Türkiyə ilə müsbət ticarət saldosu 4%-dək artıb

Azərbaycanın Türkiyə ilə müsbət ticarət saldosu 4%-dək artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,910 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,507 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 1,5% azdır. İdxalın həcmi isə 1,404 mlrd. dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk on bir ayı ilə müqayisədə 5,3% azalıb. Nəticədə, 1,103 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,9% çoxdur.