• 20 Sentyabr 2019
logo
add image
Bu il Hindistandan Azərbaycana gələn turistlərlə bağlı STATİSTİK PROQNOZ - 65 min nəfər

Bu il Hindistandan Azərbaycana gələn turistlərlə bağlı STATİSTİK PROQNOZ - 65 min nəfər

Bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağı gözlənilir.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Yeni Delhi şəhərinə olan tur çərçivəsində təşkil edilən mətbuat konfransında deyib.
Konfransda Yeni Delhi şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Delhi şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil edəcək.