• 4 İyul 2025
logo
Azərbaycana yanvar-noyabrda 331 mln. dollardan çox əczaçılıq məhsulları idxal edilib

Azərbaycana yanvar-noyabrda 331 mln. dollardan çox əczaçılıq məhsulları idxal edilib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 331,175 mln. ABŞ dolları dəyərində 20 633,47 ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin on bir ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 26%, həcmi isə 42,1% artıb.

Təkcə noyabr ayı ərzində ölkəyə 26,543 mln. dollar dəyərində 1 883,9 ton sözügedən məhsullardan idxal edilib ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 20,8% azdır, həcm ifadəsində isə 3,9% çoxdur.