Gələn ilin dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.