• 12 Avqust 2022
logo
SOCAR-ın Türkiyədəki yeni layihəsi üzrə qərar 2021-ci ildə veriləcək

SOCAR-ın Türkiyədəki yeni layihəsi üzrə qərar 2021-ci ildə veriləcək

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (“Merkuri” layihəsi) tikintisi üzrə yekun qərarının qəbulu 2021-ci ildə baş tutacaq.

Bunu Türkiyənin Əliağa yarımadasında yerləşən "Petkim" neft-kimya kompleksinin (əsas payı SOCAR-a məxsusdur – red.) və SOCAR tərəfindən burada inşa edilən "Star Rafineri" NEZ-in baş direktoru Anar Məmmədov onlayn rejimində keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə gölə, BP şirkətinin iştirakını da nəzərdə tutan bu layihəyə cari il ərzində BP-nin bütün neft-kimya layihələrindən çıxması və yeni növ koronavirus pandemiyası öz təsirini göstərib. Buna baxmayaraq, layihə üzrə texniki müzakirələr davam etdirilir və bu işlər BP ilə birlikdə aparılır: "Layihə üzrə qərar gələn il qəbul ediləcək".

Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünya miqyaslı neft kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb. Bu layihə ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal edəcək kompleksin inşasını nəzərdə tutur.