• 14 Avqust 2022
logo
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi noyabrda 22% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi noyabrda 22% azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 228,6 mln. manat həcmində ipoteka krediti verib ki, bu da illik müqayisədə 69,8 mln. manat və ya 43,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, təkcə noyabr ayında dövlət xətti ilə 21,1 mln. manatlıq ipoteka kreditləri götürülüb ki, bu da aylıq müqayisədə 4,4 mln. manat və ya 22,2% azdır.

Qeyd edək ki, İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi yanvar-noyabrda 138,3 mln. manat bərabər olub. Bu, illik müqayisədə 35,7% azdır. Təkcə noyabrda 28,7 mln. manatlıq yenidən maliyyələşdirilmiş ipoteka kreditləri verilib ki, bu da aylıq ifadədə 1,2% azdır.