• 2 İyul 2025
logo
Azərbaycanın bank sektorunun xalis mənfəəti 5%-dək azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 5%-dək azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın bank sektoru 548,1 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 4,91% azdır.

Banklar bu müddətdə 1 759,3 mln. manat həcmində faiz gəlirləri (1 393,6 mln. manat kreditlər üzrə faizlər), 590,8 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.
Bu müddətdə bankların faiz xərcləri 451,2 mln. manat (285,7 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 1 093,1 mln. manat təşkil edib.