“Pandemiyanın ən çox təsir etdiyi qurumlardan biri də Milli Məclisdir”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, hazırda burada gedən müzakirələri onlayn formada bütün deputatlar, komitə sədrləri izləyir: “Bu, ilk dəfə baş verir. Hazırda bizi izləyən həmkarlarımızın yalnız dinləyə bilirlər. Sualları olan həmkarlarımız onu yazılı formada verə biləcək”.