• 11 Avqust 2022
logo
Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 204,2 milyon dollar məbləğində 21 083 ədəd avtomobil ixrac edilib.

Trend-in Gürcüstan statistika idarəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycan Gürcüstandan minik avtomobillərinin idxalını illik hesablamada 1163 ədəd və ya 5,8 faiz artırıb.

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 831,3 milyon dollar təşkil edib. Keçən illə müqayisədə iki ölkə arasındakı ticarət dövriyyəsi 10,8 faiz azalıb.

İlin ilk 11 ayında Gürcüstandan Azərbaycana ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azalaraq 399,6 milyon dollar təşkil edib. Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşıdır və Gürcüstanın ümumi ixracatınından payına 13,2 faiz düşür.

Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 431,7 milyon dollar dəyərində mal idxal edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azdır. Gürcüstanın ümumi idxalında 6 faiz paya sahib olan Azərbaycan Gürcüstanın əsas idxal tərəfdaşları arasında beşinci yerdədir.