• 16 İyul 2019
logo
add image
Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.