• 20 Avqust 2022
logo
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar kəskin artıb

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar kəskin artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 553,8 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,9% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, daşımaların 99,4%-i dövlət, 0,6%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə sözügedən nəqliyyat növü ilə yükdaşıma illik müqayisədə 2,2 dəfə artaraq 398,2 min ton təşkil edib.