• 15 Avqust 2022
logo
Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 51,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 50,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 50,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.