• 12 Avqust 2022
logo
Dolların məzənnəsi ikiillik minimuma enib

Dolların məzənnəsi ikiillik minimuma enib

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti görüşündən sonra ABŞ dollarının indeksi altı əsas valyutanın daxil olduğu səbətə nisbətdə 90 bəndədək enərək 2018-ci ilin aprel ayının 20-dən bəri ən aşağı səviyyəyə düşüb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, birja dolların indeksinin 90,45 səviyyəsində olduğu vaxt qapanıb, Bakı vaxtı ilə saat 11:43-də isə dolların indeksi 0,54% enərək 89,96 bənd təşkil edib.

Qeyd edək ki, FED dekabrın 16-da keçirilmiş görüşdə baza faiz dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb və sözügedən göstəricinin 2020-2023-cü illərdə bu aralıqda qalacağını proqnozlaşdırıb.

Hazırda ABŞ dolları 0,817 avroya, 103,205 yenə, 0,736 funt sterlinqə, 1,270 Kanada dollarına, 0,883 İsveçrə frankına və 1,312 Avstraliya dollarına ticarət olunur.