• 18 Avqust 2022
logo
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 693,4 min manatlıq əczaçılıq məhsulları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, hesabat dövründə ölkədə tərkibində digər antibiotiklər olan, pərakəndə satış üçün qablaşdırılan 14,5 min manatlıq dərmanlar istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 51,3% azdır.

Bundan başqa, yanvar-noyabr aylarında ölkədə 678,9 min manatlıq tərkibində qarışıq və ya xalis məhsullar olan, digər qruplara daxil edilməyən, pərakəndə satış üçün qablaşdırılan sair dərmanlar istehsal edilib ki, bu da 2019-cu ilin 11 ayı ilə müqayisədə 27,1% çoxdur.