• 12 Avqust 2022
logo
Azərbaycan noyabrda traktor istehsalını kəskin artırıb

Azərbaycan noyabrda traktor istehsalını kəskin artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 300 traktor istehsal olunub ki, bu da illik ifadədə 64,8% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkcə noyabr ayında ölkədə 50 traktor konveyerdən buraxılıb. Bu, aylıq ifadədə 66,7% çoxdur. Dekabrın 1-nə anbarlarda 144 ədəd hazır məhsul ehtiyatı qalıb.

Xatırladaq ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı may ayından etibarən dayandırılmışdı. İstehsal yalnız avqustda bərpa olunub.