• 14 Avqust 2022
logo
Azərbaycan əmtəəlik qazın ixracını 6% artırıb

Azərbaycan əmtəəlik qazın ixracını 6% artırıb

Bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,4 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 6,6% azalıb.

Dövlət Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 31,6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 23,6 mlrd. kubmetr təşkil edib.

"Əmtəəlik neft hasilatı 7,8% azalmış, əmtəəlik qaz hasilatı isə 6,4% artıb", - məlumatda deyilir.