• 14 Avqust 2022
logo
SOCAR türkmən neftinin alınması üzrə tenderi udub

SOCAR türkmən neftinin alınması üzrə tenderi udub

SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən istehsal edilən 500.000 ton türkmən neftinin alınması üzrə tenderi udub.

Neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daşınması planlaşdırılır.

SOCAR bir barel üçün təxminən 6 dollar endirim məbləği təklif edib.

2018-2020-ci illərdə "Eni Türkmənistan"ın neft tədarükü üçün etdiyi tenderləri Vitol şirkəti qazanmışdı. Həmin şirkət nefti tankerlərlə Mahaçqalaya, daha sonra isə Rusiyanın Transneft sistemi vasitəsi ilə Qara dənizin Novorossiysk limanına ixrac edirdi.