• 16 Avqust 2022
logo
Dünya iqtisadiyyatı pandemiya səbəbindən yeni problemlərlə üzləşə bilər

Dünya iqtisadiyyatı pandemiya səbəbindən yeni problemlərlə üzləşə bilər

Yaxın gələcəkdə dünya iqtisadiyyatı yeni problemlərlə üzləşə bilər.

Bunu CNBC-yə Filippin Mərkəzi Bankının rəhbəri Benjamin Diokno deyib.

O bildirib ki, bu, dünyanın bir neçə ölkəsində koronavirus pandemiyasının yenidən tüğyan etməsi səbəbindən baş verə bilər: "Düşünürəm ki, son hadisələr qısa müddətdə yaxşılaşmaq əvəzinə pisləşməyə işarə edir".
Beynəlxalq Valyuta Fondu 2020-ci ilin sonunda qlobal ÜDM-in 4,4% azalacağını proqnozlaşdırır. Diokno əlavə edib ki, hazırda bu ssenari nikbin görünür.

Hazırda dünyada 68 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 1,5 milyondan çox insan ölüb. Ən çətin vəziyyət ABŞ, Hindistan, Braziliya, Rusiya və Fransada müşahidə edilir. Koronavirusa qarşı peyvəndin mövcudluğu (müxtəlif şirkətlər tərəfindən artıq bir neçə dərman hazırlanıb) qlobal ÜDM perspektivlərini yaxşılaşdıracaq, lakin bu, 2021-ci ilin I rübünə qədər baş verməyəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci ildə qlobal iqtisadiyyatın əvvəl gözləniləndən daha yavaş sürətlə bərpa olacağını proqnozlaşdırır: qlobal ÜDM-in 2021-ci ildə 4,25%, 2022-ci ildə 3,75% artacağı gözlənilir.