• 17 Aprel 2025
logo
Rusiya bu il neft-qaz hasilatını azaldacaq

Rusiya bu il neft-qaz hasilatını azaldacaq

Rusiya bu il 514 mln. ton neft hasil edəcək, bu da 2019-cu illə müqayisədə 8% azdır. "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika naziri Nikolay Şulqinov deyib. Onun sözlərinə görə, bu il qaz hasilatında da azalma gözlənilir. Belə ki, 2020-ci ildə Rusiya təxminən 700 mlrd. kubmetr qaz hasil edəcək, bu isə, illik ifadədə 4-6% azdır.